Rumıniyada ukraynalıların olduğu avtobus aşdı - Yaralılar var (FOTO)

09:45 - 28 Avqust 2022

Rumıniyada ukraynalıların olduğu avtobus aşdı - Yaralılar var (FOTO)

Rumıniyanın şərqində, Vrancea şəhəri yaxınlığında Ukraynanın 43 vətəndaşının olduğu avtobus aşıb.

Bu barədə Manset.az  “Digi24”yə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı azı 23 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, avtobus Ukraynadan Türkiyəyə gedirmiş, salonda böyüklər və uşaqlar olub. Qəza nəticəsində zərər çəkməyənlər qaçqınların yerləşdirilməsi mərkəzinə aparılıb.

İlkin ehtimala görə, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Zərərçəkənlərdən heç birinin vəziyyətinin ağır olmadığı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az