Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, Kütahya-Bursa yolunda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Xəsarət alan sərnişinlərin sayı isə 35-dir. Onlardan 4-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, dərəyə aşan avtobusun içində 47 turist olub.
12:01
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Manset.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə avtobusun Kütayha-Bursa marşrutu üzrə hərəkət edərkən baş verib.
Avtobusun aşması nəticəsində 48 nəfər yaralanıb, bir nəfər isə ölüb.
Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
