Türkiyə Yunanıstanı S-300 raketləri atmaqda ittiham etdi

12:32 - 28 Avqust 2022

Türkiyə Yunanıstanı S-300 raketləri atmaqda ittiham etdi

Ankara Afinanı kəşfiyyat missiyası zamanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atmaqda ittiham edib.

Manset.az xəbər verir ki, bu barədə CNN Türk Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Növbətçi türk təyyarələri Yunanıstan tərəfindən Krit adasında yerləşdirilmiş Rusiyanın S-300 hava hücumundan müdafiə sistemindən hücuma məruz qalıb”, - telekanal bildirib.

Qeyd olunur ki, Türkiyənin F-16 təyyarəsi Egey dənizi və Şərqi Aralıq dənizində Rodos adasının 10 min fut qərbində kəşfiyyat missiyası zamanı yer-hava raketi aşkar edib.

Eyni zamanda, "düşmən hərəkətlərinə" baxmayaraq, təyyarələr öz tapşırıqlarını yerinə yetirərək öz bazalarına qayıdıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az