Türkiyə boğazlarından keçid rüsumunu 5 dəfə ARTIRDI

11:29 - 29 Avqust 2022

Türkiyə boğazlarından keçid rüsumunu 5 dəfə ARTIRDI

Türkiyə Montre Konvensiyasına əsasən, xarici gəmilərin İstanbul boğazlarından keçid rüsumunu 5 dəfə artırıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti  məlumat yayıb.

Bildirilib ki, 1983-cü ildən mövcud olan rüsum dəyişdirilib. 

Qərar cari ilin oktyabrın 7-də qüvvəyə minəcək və mövcud 40 milyon dollar olan gəlir 200 milyon dollara qalxacaq.

1936-cı ildə imzalanan Montro Konvensiyasına əsasən, İstanbul və Çanaqqala boğazlarından keçən gəmilərdən fənər, xilasetmə və sağlamlıq rüsumu tələb etmək haqqı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az