Rus xakerlər Baykar və Bayraktar ailəsini HƏDƏLƏDİ

15:12 - 29 Avqust 2022

Rus xakerlər Baykar və Bayraktar ailəsini HƏDƏLƏDİ

 Rusiyanın ən böyük haker qrupu  olan “Killnet” teleqram sosial şəbəkəsində Baykar və Bayraktar ailəsi üçün təhdid mesajı yayımlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Baykar”ın baş direktoru Haluk Bayraktara müsahibə zamanı “Moskva sizə böyük pul təklif etsə, Bayraktarı onlara satardınızmı?” sualı verilib. 

O isə, “Moskva bizə nə qədər pul təklif etsə də, onlara satmayacağıq” cavabını verib. 

Bu sözlərdən sonra hiddətlənən Rusiyanın ən böyük haker qrupu “Killnet”, Türkiyənin Baykar şirkəti və Bayraktar ailəsini hədəf alan bir mesaj yayımlayıb:

“Bayraktar qardaşlarını necə aradan götürmək istərdiniz? Çoxları deyir ki, Türkiyə qardaşdır və Rusiyanın mövqeyini dəstəkləyir. Bizim üçün Türkiyə Ukrayna, Litva və Macarıstan və Serbiyadan başqa digər Avropa ölkələri kimidir”.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az