Londonda “Notting Hill” karnavalı zamanı bir qrup avtobus dayanacağının üstündə rəqs edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin qrup rəqs edən zaman onların ağırlığına tab gətirməyən avtobus dayanacağının üstü çöküb.
Əylənən insanlar yerə yıxılıb, dayanacağın altından keçən vətəndaşlar da əzilib.
Qəza nəticəsində iki nəfərin yüngül xəsarət aldığı bildirilib.