Bağdadda təhlükəsizlik qüvvələri ilə qarşıdurma: Ölən və yaralananlar var

19:10 - 29 Avqust 2022

Bağdadda təhlükəsizlik qüvvələri ilə qarşıdurma: Ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır.

Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.İraqın paytaxtı Bağdadda Müqtəda-əs-Sədr tərəfdarları küçələrə çıxaraq etiraz aksiyası keçirib.

Qeyd edək ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bundan sonra Bağdadda bir qrup etirazçı Prezident Sarayına hücum edib.

Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az