ABŞ Ukrayna və Gürcüstanla birgə bəyanat YAYDI

21:37 - 29 Avqust 2022

ABŞ Ukrayna və Gürcüstanla birgə bəyanat YAYDI

ABŞ, Ermənistan, Ukrayna, Gürcüstan və bir sıra digər ölkələrin hakimiyyət orqanları birgə bəyanat yayaraq bildiriblər ki, onların bioloji təhlükənin azaldılması proqramı çərçivəsindəki əməkdaşlığı yalnız dinc məqsədlər güdür.

Dövlət Departamentinin mətbuat xidmətinin bazar ertəsi yaydığı sənəddə deyilir ki, bu tərəfdaşlıq Pentaqonun Kooperativ Təhdidlərin Azaldılması Proqramlarının bir hissəsidir, sırf dinc məqsədlər üçündür və silahlarla heç bir əlaqəsi yoxdur.

Manset.az xəbər verir ki, bəyanata İordaniya, İraq, Liberiya, Syerra-Leone, Uqanda və Filippin də qoşulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az