Ukrayna qoşunları Zelenskinin əmri ilə Xerson istiqamətində əks hücuma keçib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna ordusunun işğal altındakı Xerson vilayətində Rusiyanın ilk müdafiə xəttini yardığı bildirilib.
Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz verib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Xerson və Nikolayev vilayətlərindəki hücum cəhdlərinin uğursuz alındığını və bu hücumlar zamanı Ukrayna ordusunun böyük itki verdiyini açıqlayıb.