Müharibədə vuruşacaq əsgər tapmaqda çətinlik çəkən Rusiya məhkumları orduya cəlb etməyə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kimliyini açıqlamayan yüksək rütbəli Pentaqon rəsmisi verdiyi açıqlamada Kremlin müharibədə hədəflədiyi əsgər və personal sayına çata bilmədiyini bildirib.
Rusiyanın əsgər toplamaq üçün səylərinin miqyasını genişləndirməyə başladığını qeyd edən rəsmi, “Yeni gələnlər üçün yuxarı yaş həddini qaldırıblar, məhkumları da orduya cəlb edirlər” deyib.