Ukrayna Ordusu Xerson bölgəsində əks-hücum əməliyyatına başladıqdan sonra Volodimir Zelenski rus əsgərlərinə çağırış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Ukrayna qoşunlarının Rusiya ordusunu sərhədə qədər izləyəcəyini və rus əsgərlərinin hansı şəraitdə sağ qalacağını açıqlayıb.
O, rus əsgərlərini səsləyərək, “Əgər sağ qalmaq istəyirlərsə, qaçmaq vaxtıdır” deyib və təslim olmaq çağırışını təkrarlayıb.