"Netflix" məhkəməlik OLDU

20:52 - 30 Avqust 2022

\"Netflix\" məhkəməlik OLDU

Məşhur "Netflix" platforması "Annanın icad edilməsi" filmindəki böhtana görə məhkəməyə verilib.

Manset.az xəbər verir ki, iddia keçmiş "Vanity Fair" jurnalisti Reyçel Uilyams tərəfindən qaldırılıb. Onun sözlərinə görə, o, serialda qeyri-etik, acgöz, qorxaq və vicdansız kimi təqdim olunub ki, bu da doğru deyil.

Jurnalistin vəkili bildirib ki, ekran işi yayımlandıqdan sonra Uilyams sosial şəbəkələrdə sərt tənqidlərlə üzləşib. 

Serialda özünü varlı alman varisi Anna Delvi kimi təqdim edən fırıldaqçı Anna Sorokinadan bəhs edir. Uilyams isə onun dostudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az