İran Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami Tehranın nüvə fəaliyyətləri və 5+1 ölkələri ilə nüvə razılaşmasının bərpası prosesi ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Məhəmməd İslami bildirib ki, Qərb dövlətləri ölkəsinin nüvə fəaliyyətləri ilə bağlı ikili standartlar tətbiq edir:
"Beynəlxalq Atom Enerjisi Agentliyinin nizamnaməsinə zidd olaraq, nüvə sahəsi supergüclərin inhisarındadır. Beynəlxalq mühitdə yaratdıqları mexanizmlə bu texnologiyanın bütün ölkələrdə standart kimi istifadəsinə icazə vermirlər və ikili standartlardan çıxış edirlər. İrana da ikili standartlar tətbiq edirlər".