"Crypto.com" istifadəçisinə 112 dollar əvəzinə səhvən 12 milyon dollar göndərdi

16:12 - 31 Avqust 2022

\"Crypto.com\"  istifadəçisinə 112 dollar əvəzinə səhvən 12 milyon dollar göndərdi

Ən böyük kriptovalyuta birjalarından biri olan "Crypto.com" avstraliyalı istifadəçiyə səhvən 112 dollar əvəzinə təxminən 12 milyon dollar göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 7 ay sonra etdiyi səhvi anlayan şirkət qanuni mübarizəyə başlayıb.

Şirkət pulu geri istəsə də, Melburnda 1,4 milyon dollara dəbdəbəli ev alındığı müəyyən edilib.

Avqustun 26-da keçirilən məhkəmə iclasında hakim bütün pulların faiz və kompensasiya ilə birlikdə "Crypto.com"a qaytarılmasını əmr edib. Evin də tez bir zamanda satılması istənilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az