Dünən Qarabağdan İrəvana gedərkən saxlanılan erməni general Mikael Arzumanyan sərbəst buraxılıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Arzumanyanın vəkili Erem Sarkisyan açıqlayıb.
Bununla belə, bu gün 19:00-da M.Arzumanyanla bağlı məhkəmə iclası keçiriləcək və Qarabağdakı qondarma rejimin sabiq “komandan”ının həbs edilməsi məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb.