Sentyabrın 7-dən “Utair” sərnişinlərin yüksək tələbatı ilə əlaqədar Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq.
Manset.az xəbər verir ki, bu barədə çərşənbə günü “Northern Capital Gateway” hava limanının idarə olunması şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Utair” Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3 dəfədən 4-ə çatdıracaq. Sentyabrın 7-dən etibarən daşıyıcı əlavə reys açacaq. Aviaşirkət uçuşları bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri yerinə yetirəcək. Bakı yayın əvvəlindən etibarən Sankt-Peterburqda ən populyar on beynəlxalq istiqamətlərdən biridir”, - deyə mətbuat xidmətindən bildirilib.
Qrafikə əsasən, Pulkovo hava limanından Bakıya uçuş saat 10:15-dədir. Təyyarələr saat 19:45-də Sankt-Peterburqa qayıdacaq.
Aeroportun idarə edilməsi şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yeni reysin tətbiqi ilə Sankt-Peterburqdan Bakıya reyslərin ümumi sayı həftədə altı dəfədən yeddi dəfəyə qədər artacaq. Bu marşrut üzrə birbaşa uçuşlar “Utair”dən başqa “İrAero” və AZAL aviaşirkətləri tərəfindən də həyata keçirilir.