Sankt-Peterburqdan Bakıya əlavə reys açılır

09:11 - 01 Sentyabr 2022

Sankt-Peterburqdan Bakıya əlavə reys açılır

Rusiyanın “Utair” aviaşirkəti sentyabrın 7-dən etibarən sərnişinlərin yüksək tələbatı ilə əlaqədar Sankt-Peterburqdan Bakıya əlavə reys həyata keçirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, “Utair” “Pulkovo” hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq. 

Sentyabrın 7-dən isə daşıyıcı əlavə reys açacaq. Belə ki, indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az