“Lukoil”un vitse-prezidenti intihar etdi - FOTO

10:36 - 01 Sentyabr 2022

“Lukoil”un vitse-prezidenti intihar etdi - FOTO

“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.

Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə ölüb.

Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir.

Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az