Ukraynanın Zaporojye vilayətinin icraçı direktoru Oleksandr Starux Telegram hesabında verdiyi açıqlamada Rusiyanın BMT-yə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) komandasının əvvəlcədən razılaşdırılmış marşrutunu bombaladığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Starux “Ruslar MAQATE missiyasının Zaporojya şəhərindən atom elektrik stansiyasına qədər əvvəlcədən razılaşdırılmış marşrutunu bombalayır. BMT-nin rəhbər komandası təhlükəsizlik səbəbi ilə hərəkət edə bilmir. Ukrayna MAQATE-nin beynəlxalq missiyasının elektrik stansiyasına təhlükəsiz girişini təşkil etmək üçün səylərini davam etdirir. Biz Rusiya Federasiyasından təxribatları dayandırmağı və MAQATE-yə Ukraynanın nüvə obyektinə maneəsiz giriş imkanı verməsini tələb edirik”, - sosial media hesabında yazıb.