Ermənistanda bu səbəbdən ölüm hökmü tətbiq edilə bilər

16:20 - 01 Sentyabr 2022

Ermənistanda bu səbəbdən ölüm hökmü tətbiq edilə bilər

Ermənistanın Baş prokuroru Artur Davtyan ölkədə dövlətə xəyanətə görə ölüm hökmünün tətbiq edilməsini təklif edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb. 

Artur Davtyan bu məsələ ilə bağlı Konstitusiyaya Dəyişikliklər üzrə Şurasının rəhbəri və ədliyyə naziri Karen Andreasyana məktub ünvanlayaraq müvafiq dəyişiklikləri etməyi təklif edib. 

Onun sözlərinə görə, Baş prokurorluq tərəfindən həyata keçirilən araşdırma göstərib ki, Ermənistan ölüm hökmünün tam olaraq ləğv edilməsi ilə bağlı beynəlxalq-hüquqi öhdəliklərə sahib deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az