Şagirdlər onlara pis qiymət verən müəllimi ağaca bağlayaraq döydülər - VİDEO

09:03 - 02 Sentyabr 2022

Şagirdlər onlara pis qiymət verən müəllimi ağaca bağlayaraq döydülər - VİDEO

Hindistanın Jarkhand əyalətinin Dumka rayonunda şagirdlər imtahandan aşağı qiymət aldıqları üçün riyaziyyat müəllimi və məktəbin inzibatçısını ağaca bağlayaraq döyüblər.

 

Manset.az "oxu.az"a istinadən xəbər verir ki, hadisə dövlət məktəbinin 11-ci sinif şagirdləri tərəfindən törədilib.

Şagirdlər riyaziyyat müəllimi Suman Kumarın onlara testin praktiki hissəsindən qəsdən pis qiymətlər yazdığını və buna görə də imtahandan qaçdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi hadisə ilə bağlı rəsmi olaraq polisə şikayət etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az