11 nəfərin ölümünə səbəb olan "Qərbi Nil" virusu ilə bağlı XƏBƏRDARLIQ

13:32 - 02 Sentyabr 2022

11 nəfərin ölümünə səbəb olan \"Qərbi Nil\" virusu ilə bağlı XƏBƏRDARLIQ

Yunanıstanda 11 nəfərin ölümünə səbəb olan və ağcaqanadlar tərəfindən ötürülən "Qərbi Nil Virusu" ilə bağlı mütəxəssislər xəbərdarlıq edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, türkiyəli professor, həkim Kənan Midilli, virusla bağlı bunları deyib:

“İstanbulda da daha əvvəl rast gəlinən hallar var. Əsas daşıyıcı ağcaqanad növü “Kuleks”dir. Onların qapı-pəncərədən daxil olmasının qarşısını alan üsullardan istifadə edilməli, uzunqol geyinilməlidir. Bu virusa qarşı peyvənd və effektiv antiviral agent yoxdur”.

Mütəxəssislər virusun köçəri quşlar tərəfindən yayıla biləcəyi barədə xəbərdarlıq ediblər. Eyni zamanda “Kuleks” tipli ağcaqanadların təyyarələr və gəmilərlə də daşına biləcəyini bildiriblər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az