Əfqanıstanda məsciddəki partlayışda ölənlərin sayı 47-yə ÇATDI

19:10 - 02 Sentyabr 2022

Əfqanıstanda məsciddəki partlayışda ölənlərin sayı 47-yə ÇATDI

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Herat vilayətinin Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az