Çavuşoğlu: “Avropa İttifaqının genişlənməsi prosesi artıq arxa plana keçib”

22:51 - 02 Sentyabr 2022

Çavuşoğlu: “Avropa İttifaqının genişlənməsi prosesi artıq arxa plana keçib”

Bu gün Avropa İttifaqının genişlənməsi prosesi arxa plana keçir və təşkilkatın gündəmini ayrı-ayrı dairələrin və ölkələrin dar siyasi maraqları formalaşdırır.

Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, genişlənmə vaxtilə Aİ-nin ən uğurlu siyasi təşəbbüslərindən biri olub:

“Müasir Avropa İttifaqı öz içinə qapanıb və dar siyasi maraqlar genişlənmənin gündəmini udub. Məsələn, heç kim Albaniya və Şimali Makedoniyanın Aİ-yə qəbulu niyə bu qədər uzun müddət gözlədiyini izah edə bilməz”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az