Semyon Peqov Moskvada polislər tərəfindən SAXLANILDI

08:26 - 03 Sentyabr 2022

Semyon Peqov Moskvada polislər tərəfindən SAXLANILDI

Təxribatçı videolarla populyarlıq qazanan rusiyalı “jurnalist” Semyon Peqov (“WarGonzo” layihəsinin müəllifi) Moskva şəhərində saxlanılıb.

Manset.az-ın məlumatına görə, bu barədə “WarGonzo” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, Semyon Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib.

Nəticədə mehmanxana rəhbərliyi ondan polisə şikayət edib. Peqov polis tərəfindən saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az