Aİ Ukraynaya 5 milyard avroluq yardım paketi təqdim edəcək

12:50 - 03 Sentyabr 2022

Aİ Ukraynaya 5 milyard avroluq yardım paketi təqdim edəcək

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının iyun ayında elan etdiyi planın bir hissəsi kimi gələn həftə Ukraynaya 5 milyard avroluq növbəti yardım paketini təqdim edəcək.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Ayrılan vəsait Ukrayna vətəndaşlarına maaş və müavinətlərin ödənilməsi də daxil olmaqla, təcili və təxirəsalınmaz xərclərin ödənilməsi üçün nəzərdə tutulacaq. Qeyd olunur ki, Aİ nümayəndələri onlayn rejimdə keçirilən görüşdə yeni paketin təfərrüatlarını razılaşdırıblar, həmçinin Ukraynaya qalan 3 milyard avroluq makroiqtisadi yardımın verilməsi mexanizminin işlənib hazırlanmasını davam etdirməyə razılaşıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az