Türkiyədə turistləri daşıyan avtobus aşıb - Ölən və yaralananlar var

19:33 - 03 Sentyabr 2022

Türkiyədə turistləri daşıyan avtobus aşıb - Ölən və yaralananlar var

Türkiyədə turistləri daşıyan avtobus aşıb.

Manset.az "CNNTürk"ə istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərinin Ezine ilçəsində qeydə alınıb.

Avtobus idarəetməni itirib aşandan sonra su kanalına düşüb.

Qəza nəticəsində 1 nəfər ölüb, sürücü də daxil olmaqla 54 nəfər yaralanıb.

Hadisə yerinə tibbi, jandarma və xilasetmə qrupları cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az