Putinin G20 sammitində iştirakına qərar verilməzdən əvvəl bütün amillər nəzərə alınacaq - Kreml

12:35 - 04 Sentyabr 2022

Putinin G20 sammitində iştirakına qərar verilməzdən əvvəl bütün amillər nəzərə alınacaq - Kreml

Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizlik nəzərə alınacaq.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq təhlükəsizlik faktorları da daxil olmaqla bütün amillər nəzərə alınacaq. Sammitin ev sahibi ölkəsinə dəvətə görə minnətdarıq”, - deyə Peskov Rossiya1 kanalında yayımlanan Moskva.Kreml.Putin proqramına müsahibəsində deyib.

Qeyd edək ki, G20 liderlərinin sammiti noyabrda İndoneziyanın Bali şəhərində keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az