Suriyanın Həma şəhərində hərbi helikopter qəzaya uğrayıb və yaşayış binalarının üzərinə düşüb.
Manset.az APA-ya istinadla xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi helikopterin ekipajının həlak olduğunu bildirib, lakin binaların sakinləri arasında itkilər barədə məlumat verilməyib.
Helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı qeyd olunur.