“Rusiya hərbi cinayətlərinə bəraət qazandırmaq istəyir” - Podolyak

21:28 - 04 Sentyabr 2022

“Rusiya hərbi cinayətlərinə bəraət qazandırmaq istəyir” - Podolyak

Ukraynada kimyəvi silahlarla bağlı saxta məlumatlar rusiylıların kütləvi hərbi cinayətlərinə haqq qazandırmaq üçün növbəti cəhdidir.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.

Müşavir xatırladıb ki, rusiyalılar artıq “çirkli nüvə bombası”, “müharibə göyərçinləri” və “Zaparojye AES-də 180 dərəcə dönən möcüzə mərmiləri” haqqında saxta məlumatlar yayıblar.

Qeyd edək ki, bu yaxınlarda Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində Rusiya hərbçiləri zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Rusiya tərəfi Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az