Almaniyada vətəndaşlar hökumətə etiraz etdi – “Ukraynaya dəstəyi dayandırın”

15:12 - 05 Sentyabr 2022

Almaniyada vətəndaşlar hökumətə etiraz etdi – “Ukraynaya dəstəyi dayandırın”

Almaniyanın Köln şəhərində təşkil edilən mitinqdə 2 minə yaxın adam təbii qazın qiymətini artıracaq yeni nizamnaməyə etiraz edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mitinq iştirakçıları Almaniyadan Ukraynaya dəstəyini geri çəkməyi, Rusiyaya qarşı sanksiyaları dayandırmağı və “Şimal axını 2”nin fəaliyyətə başlamasını tələb ediblər. 

Mitinqi Kölndə rusdilli diaspor qrupları təşkil edib. 

Təşkilatçılardan biri olan Yelena Kolbasnikova, “Almaniya xaos içindədir. Bu qışdan necə çıxacağıq?” - deyə, narahatlığını ifadə edib. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az