Rusiyanın “Şimal axını 1” boru kəmərinin axınını dayandırması ilə Avropa bazarında təbii qazın qiyməti 35 faiz artıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya sanksiyalar qaldırılana qədər Avropaya qaz satışını dayandırdığını açıqlayıb.
Bu cümə günü keçiriləcək xüsusi iclasda Avropanın energetika nazirləri elektrik enerjisinin qiymətlərinin aşağı salınması, o cümlədən qaz qiymətlərinin məhdudlaşdırılması və enerji törəmələrinin ticarətinin dayandırılması ilə bağlı radikal təklifləri müzakirə edəcəklər.