Sentyabr 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib.
Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İşgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.