Çin Prezidenti Si Cinpin iki ölkə arasında əlaqələrin gücləndirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizə mesaj verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Prezidenti mesajında iki ölkə arasında möhkəm əlaqələri və bu əlaqələrin müxtəlif sahələrdə və bütün səviyyələrdə inkişafı ilə bağlı fikir bildirib.
Si Cinpin mesajında Səudiyyə Ərəbistanının “EXPO 2030” sərgisinə Ər-Riyadın ev sahibliyi etməsi tələbinin ölkəsi tərəfindən dəstəkləndiyini də bildirib.