Moskva administrasiyası Qərbin sanksiyalarına cavab olaraq dünən “Şimal axını 1” kəmərindən qaz axınını kəsib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya təbii qaz axınının kəsilməsi ilə bağlı Avropanı təhdid edən video paylaşıb.
"Bu qış sərt olacaq" başlıqlı 2 dəqiqəlik videoda Rusiya qazın kəsilməsi ilə təsirli olacaq soyuqluğun Avropanı necə donduracağına dair görüntülər paylaşaraq, sanksiyaların ən qısa zamanda qaldırılması üçün hədələyib.