Vətəndaşlarımız Ukraynada itkin düşdülər - VİDEO

14:15 - 06 Sentyabr 2022

Vətəndaşlarımız Ukraynada itkin düşdülər - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna ordusu Xarkov və Donetsk vilayətlərində əks-hücuma cəhd edib. 

“Bu vilayətlərin sərhədində yerləşən İzyum rayonunda Rusiya Silahlı Qüvvələrinin böyük bir qərargahı var. Ukrayna Silahlı Qüvvələrinin mütəmadi zərbələri bəzi hallarda uğurla nəticələnir. Hətta müharibədə Rusiya generallarının çoxu həmin qərargahda öldürülüb”, - deyə qeyd edilib.

O da bildirilib ki, Rusiya ordusunun separatçı qüvvələrlə Donetsk vilayətinə hücumu da davam edir. Əsas gərginlik Seversk, Baxmut, Slavyansk, Svetoqorsk rayonlarındadır.

Məlumatda Donetsk və Xarkov vilayətində daha üç azərbaycanlının itkin düşdüyü, onların kimliyinin isə hələ ki məlum olmadığı da qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az