İsveçrədə qış mövsümündə enerji probleminin fövqəladə həddə çatacağı təqdirdə, qənaət tədbirlərini həyata keçirməyənlərin həbs cəzası alacağı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qış mövsümündə təbii qaz kifayət qədər olmasa, təbii qazla qızdırılan evlərdə otaqların temperaturu 19 dərəcə, isti suyun isə 60 dərəcə ilə məhdudlaşdırılacaq.
Belə olan halda elektrik sobalarından istifadənin də qadağan olunacağı, evlərdəki sauna və hovuzların soyuq saxlanacağı bildirilib.
Enerji çatışmazlığı fövqəladə vəziyyətə düşərsə, hökumətin nəzərdə tutduğu qənaət tədbirlərinə əməl etməyənlər 3 ilə qədər həbs və ya cərimələnə bilərlər.
Mövzuyla əlaqədar mətbuata açıqlama verən İsveçrənin İqtisadiyyat Naziri Guy Parmelin, qənaət tədbirlərinin polis tərəfindən idarə olunması ehtimalı ilə əlaqədar olaraq, "Biz polis dövləti deyilik. Polis hər yerə girməyəcək. Evə nəzarət tədbirləri görüləcək, ancaq bəzi seçilmiş nöqtələr yoxlanılacaq" Deyib.