Rusiya özəl investorlara bu ölkələrdən səhm almağı qadağan etdi

18:22 - 06 Sentyabr 2022

Rusiya özəl investorlara bu ölkələrdən səhm almağı qadağan etdi

Rusiya Mərkəzi Bankı 2023-cü il yanvarın 1-dən özəl investorlaradost olmayan ölkələrdəşirkətlərin səhmlərini almağın qadağan ediləcəyini açıqlayıb.

Manset.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının verdiyi yazılı açıqlamaya görə, sanksiyalara görə “qeyri-ixtisaslı” investorların ölkədəki şirkət səhmlərinə dost olmayan ölkələrdə investisiya qoymasına qadağa qoyulması qərara alınıb.

Qərarın ixtisassız investorlar üçün riskləri azaltmaq üçün verildiyi vurğulanaraq, xarici maliyyə qurumlarının heç bir xəbərdarlıq etmədən əldə etdikləri aktivlərin xaric edilməsinin qarşısını ala bildiyi və bu maneələrdən 5 milyondan çox investorun zərər çəkdiyi bildirilib. 

Sözügedən sərmayələri edənlərin hüquqlarının qorunmasının çətinləşdiyinə dair məlumatların yer aldığı açıqlamada, problemlərin həlli yollarının Rusiyanın yurisdiksiyasından kənarda olduğuna diqqət çəkilib.

Açıqlamada vurğulanıb ki, broker evləri 1 yanvar 2023-cü il tarixindən etibarən dost olmayan ölkələrdə şirkət səhmlərinə investisiyaları təsdiqləməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az