Rusiya Ukraynanın daha 3 qırıcısını vurdu

18:43 - 06 Sentyabr 2022

Rusiya Ukraynanın daha 3 qırıcısını vurdu

Rusiya Ukraynanın Nikolayev vilayətində 3 Su-25 qırıcısını vurduqlarını açıqlayıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.

Ukrayna ordusunun Nikolayev-Krivorojskiy istiqamətlərində öz mövqelərini qorumaq səylərinin davam etdiyini deyən Konaşenkov Visunsk, Yavkino, Berezeneqovovatoye və Çervonopolye yaşayış məntəqələri yaxınlığında Ukrayna əsgərlərinin və hərbi texniki maşınlarının zərərsizləşdirildiyini bildirib.

Konaşenkov Velikoye Artakovo qəsəbəsi yaxınlığında 3 qırıcı və artilleriya anbarının vurulduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az