İsrail ordusu 15 il sonra Suriyada hava hücumu zamanı nüvə reaktorunu vurduğunu etiraf edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail ordusundan verilən açıqlamada Suriyada 15 il əvvəl bu gün həyata keçirilən hava əməliyyatı ilə bağlı kəşfiyyat sənədlərinin məxfilikdən çıxarıldığı bildirilib.
Açıqlamada həmçinin 20 il əvvələ aid İsrail kəşfiyyat sənədində Suriyanın strateji layihəni irəlilətməyə çalışdığına dair kəşfiyyat qiymətləndirmələrinin olduğu, “İsrail döyüş təyyarələrinin 6 sentyabr 2007-ci ildə Deyr əz-Zorda Suriyanın nüvə reaktorunu məhv etdiyi” ifadə edilib.
Hücumun İsrailin ABŞ-nin o vaxtkı prezidenti Corc Buş administrasiyası ilə məsləhətləşmələrindən sonra həyata keçirildiyi bildirilir.