İspaniyada təqaüdə çıxdıqdan sonra doğma şəhərində köhnə ev alan Tono Pineiro adlı ispan təmir zamanı evin müxtəlif yerlərində 9 milyon peset (təxminən 54 min avro) tapıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pineiro, "Mən ilk pulu təmir zamanı damda, sonra evin qalan hissəsində tapdım. Əvvəlki sahibinin banklara etibar etmədiyi açıq-aydın görünür. Pulların çoxu qutularda gizlədilib və məncə, o, rütubətdən çox yaxşı qorunub saxlanılıb. Pulun çox hissəsi ütülənmişdi” - bildirib.