İran Xarici İşlər Nazirliyi Albaniya hökumətinin iyul ayında rəqəmsal infrastruktura kiberhücum edildiyini əsas gətirərək İranla diplomatik əlaqələri kəsmək qərarını pisləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada Albaniya hökumətinin Tehrana qarşı iddialarının əsassız və bu cür iddialarla İranla siyasi əlaqələrin kəsilməsinin yersiz addım olduğu bildirilib.