İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi MAQATE-nin İranın nüvə fəaliyyətləri ilə bağlı hesabatını dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kəmalvəndi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ölkəsinin nüvə fəaliyyətlərinə dair dövr hesabatını “əsassız siyasi məqsədlərin təkrarı” kimi qiymətləndirib.
“İran xalqına qarşı amansız iqtisadi sanksiyalar davam edərkən onlar Tehran administrasiyasının əlavə nəzarət tələblərini qəbul etməsini gözləməməlidirlər. Əgər tərəflər İranın əvvəlki müşahidə sistemlərini işə salmasını istəyirlərsə, ilk növbədə öz öhdəliklərini yerinə yetirməlidirlər” deyə, o, bildirib.