Liz Trass təbii qaz planını AÇIQLADI

15:42 - 08 Sentyabr 2022

Liz Trass təbii qaz planını AÇIQLADI

Böyük Britaniyanın yeni baş naziri seçilən Liz Trassın təbii qaz planı açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, enerji və milli səhiyyəyə həll yolları gətirəcəyini vurğulayan Trasın təbii qaz planı rəsmiləşib.

Yeni baş nazir tipik bir ev təsərrüfatına ildə 1000 funt-sterlinq qənaət edəcək yeni “Enerji Qiyməti Zəmanəti” təqdim edib.

O, İcmalar Palatasında deyib ki, “enerji hesabını dondurmaq” tipik bir ev təsərrüfatının ildə 2500 funt sterlinqdən çox pul ödəməyəcəyi anlamına gələcək.

Trass tərəfindən hazırlanan plan layihəsi enerji ödənişlərini sabit saxlamaq üçün növbəti 18 ayda 130 milyard funt-sterlinq xərcləməyi nəzərdə tutur.

Bununla belə, Trassın bugünkü açıqlamasında bu layihənin hökumətə dəyəri barədə məlumat verilməyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az