Macarıstanın baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən Avropada kifayət qədər enerjinin olmamasından qorxduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Orban verdiyi açıqlamada, Avropa İttifaqının (AB) Rusiyaya qarşı sanksiya siyasətini davam etdirdiyini, lakin bu günə qədər müvəffəqiyyətli olmadığını vurğulayıb.
Orban, Aİ-nin sanksiya siyasətini dəyişmədiyi təqdirdə problemlərin daha da arta biləcəyini qeyd edib:
“Hazırda Rusiyaya qarşı 11 min sanksiya tətbiq edilir, lakin müharibə davam edir və rusları zəiflətmək cəhdləri nəticə vermir. Digər tərəfdən, sanksiyaların yaratdığı amansız inflyasiya və enerji çatışmazlığı Avropanı diz çökdürə bilər. Macarıstanda isə, enerji qıtlığı yaşanmayacaq, ölkədə həm təbii qaz, həm də elektrik enerjisi kifayət qədər olacaq”.