İranın Rezevi Xorasan vilayətinin böhran üzrə baş direktoru Muhsin Necat bildirib ki, parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvlərini daşıyan helikopter texniki nasazlıq səbəbindən Dərgəzə məcburi eniş edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, millət vəkillərinin Məşhədə quru yolu ilə keçdiyini bildirən Necat helikopterin təmir üçün şəhərə qayıtdığını qeyd edib.
İran rəsmisi deputatların vəziyyətinin yaxşı olduğunu və xüsusi təmir qrupunun helikopter üçün Məşhədə getdiyini bildirib.