ABŞ-nin Virciniya ştatında elektrik enerjisinin kəsilməsi səbəbindən 10 mindən çox insan qaranlığa qərq olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər dələ elektrik yarımstansiyasına girdiyi üçün qısqapanma olub. Nəticədə ərazidə elektrik enerjisinon verilməsi dayanıb.
“Virginia Beach” enerji şirkəti tərəfindən idarə olunan bütün yarımstansiyalarda dələ qoruyucuları var, lakin qoruyucu bu transformatorda dələyə əngəl ola bilməyib.
Energetika şirkəti olan “Entergy” xidmət etdiyi 5 əyalətdə dələlərin 15 min belə qəzaya səbəb olduğunu bildirib.