2-ci Yelizaveta haqqında ŞOK MƏLUMATLAR: Qanını niyə yanında daşıyırdı? (FOTOLAR)

13:31 - 09 Sentyabr 2022

2-ci Yelizaveta haqqında ŞOK MƏLUMATLAR: Qanını niyə yanında daşıyırdı? (FOTOLAR)

Dünən gecə dünyasını dəyişən İngiltərə kraliçası II Yelizaveta ilə bağlı bilinməyən bəzi nüanslar üzə çıxıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə kraliçası II Yelizaveta 21-ci əsrin ən uzun müddət hakimiyyətdə olan lideri idi. 

70 il hakimiyyətdə olan Yelizavetanın sərvəti 500 milyon dollar qiymətləndirilir. Kral ailəsinin sərvəti də 88 milyard dollardır.

Tacqoyma mərasimini 300 milyon insan izləmişdi, bu, rekord idi.

Onun taxtda olduğu müddətdə Britaniyada 15 baş nazir dəyişib.

Kraliça yaşadığı müddətdə 110 ölkəyə səyahət etsə də, pasportu yox idi.

Səyahətlərində həmişə çaydanını yanında saxlayırdı.

Səhhətində hər hansı təhlükə yaranması ehtimalına qarşı, qanını da özü ilə aparırdı.

Onun gəlirləri həm dövlət, həm də özəl investisiyalardan gəlir.

Əsas hissə Suveren Qrantdan, Böyük Britaniyada kral ailəsinə ayrılan büdcədən gəlir. Buradan kraliçanın rəsmi səfərləri, saray və qalaların saxlanması və digər xərcləri qarşılanır.

Bu büdcənin kökü 1700-cü illərə gedib çıxır. Monarxiya Tac Mülkiyyəti müqabilində hökumətdən gəlir almağa başlayıb.

Bu müqavilə ilə hökumət Krallığa illik ödənişlər edir. Məsələn, keçən il təkcə Bukingem sarayı üçün 100 milyon dollardan çox pul ödənilib.

Beləliklə, onlar Böyük Britaniyanın rəsmi vergilərindən ödənişlər alırlar.

Kral ailəsinin marka dəyəri ilə də milyonlar qazanırlar.

Əslində bu marka sayəsində İngiltərə iqtisadiyyatına hər il 2 milyard dollara yaxın gəlir əldə etdikləri təxmin edilir.

Bunun 500 milyon dollarından çoxu turizmin payına düşür.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az