"Bundan sonra münaqişə dondurulmayacaq" - Podolyak

14:13 - 09 Sentyabr 2022

\"Bundan sonra münaqişə dondurulmayacaq\" - Podolyak

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna ordusunun son günlər genişlənən əks-hücum əməliyyatlarını şərh edib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Beləliklə, Ukrayna öz ərazilərini işğaldan azad etmək qabiliyyətini sübut etdi. İkincisi, biz Qərb silahlarından səmərəli istifadə etdiyimizi göstərdik. Bundan sonra münaqişənin dondurulması prosesi olmayacaq”, - M.Podolyak bildirib.

Müşavir qeyd edib ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az