Kim Çen In Şimali Koreya parlamentinin nüvə silahının istifadəsini tənzimləyən qanunun qəbul edildiyi dünənki iclasında çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kim Çen In nüvə silahından heç vaxt imtina etməyəcəklərini vurğulayıb.
Kim Cənubi Koreya və ABŞ-ni birgə "təhlükəli" hərbi təlimlər keçirdiklərinə görə tənqid edib.
O, iddia edib ki, “ABŞ təkcə Şimali Koreyanın nüvə gücünü yox etməyə deyil, həm də ölkənin özünümüdafiə hüquqlarını zəiflədərək hökuməti çökdürməyə meyllidir”.